Gülər Əhmədovanın işi məhkəməyə göndərildi
25 Sentyabr 2013 13:55 (UTC+04:00)
Sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə
istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib. Bu barədə Trend-in sorğusuna cavabında Baş
Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat
verib. E.Sultanovun sözlərinə görə,
Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və
307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd
etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə
dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də
aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.