Təranə Qumral: "Özünün mənə gücü çatmadı, arvadını, gəlinini verdi qabağa?!"-Eksklüziv

25 Sentyabr 2013 16:24 (UTC+04:00)

"Mənim xəbərim yoxdur. Onlar necə məni məhkəməyə verib udublar ki, mən bundan xəbərsizəm". 

Bu sözləri Movqe.az-a müğənni Təranə Qumral Nərimanov Rayon Məhkəməsinin onu müğənni və bəstəkar Cabbar Musayevin həyat yoldaşı və gəlininin şikayəti əsasında cərimələməsinə münasibətində söyləyib. T. Qumral bildirib ki, baş verənlərdən xəbərsizdir: "Mən onlara dava açmışam və məhkəmədə udmuşam. Cabbar Musayev mənə 10 min manat uduzub. Amma mən ikinci dəfə məhkəməyə müraciət etmişəm, 100 min tələb etmişəm. Mən onlara uduzmamışam.  Kişi-kişi ilə savaşar. Mən kişi oldum. İndi arvadını verib qabağa?! Özünün mənə gücü çatmadı.  Mən ad çəkməmişəm. Bütün Azərbaycana məlumdur ki, onlar mənim xalqım qarşısında şərəf və ləyaqətmi alçaltdılar. Bunlar sadəcə məndən əl çəkmək istəmirlər. Bunlar mənim ailəmi dağıtmaq istəyirlər. Mən ad çəkməmişəm. Bildirmişəm ki, kim mənim əxlaqımı alçaldır təhqiramiz sözlər deyir əxlaqsız onun qızı, gəlini ,arvadıdır. Cabbar Musayevin isə qızı yoxdur".

Nərimanov Rayon Məhkəməsi müğənni Təranə Qumralı 10 min manat cərimələyib. Bu barədə AzNews.az-a vəkil Elxan Abbasov məlumat verib. Vəkilin sözlərinə görə, Nərimanov Məhkəməsi müğənni və bəstəkar Cabbar Musayevin həyat yoldaşı və gəlininin şikayəti əsasında belə qərar çıxarıb.Vəkil bildirib ki, Təranə Qumralın C.Musayevi nəzərdə tutaraq, mətbuatda səsləndirdiyi "əxlaqsız onun həyat yoldaşı və gəlinidir" sözlərinə görə hər iki tərəf onu məhkəmə vermişdi. Nərimanov Məhkəməsi isə iddiaçı tərəflərin şikayətini qəbul edib və T.Qumralın C.Musayevin gəlini və həyat yoldaşına ayrı-ayrılıqda 5 min manat ödəməsi barədə qərar çıxarıb. Vəkilin sözlərinə görə, iddiaçı tərəflər Təranə İbrahimovanın onların şərəf və ləyaqətini ləkələdiyini bildirib. Qərara görə, T.Qumral, həmçinin mətbuatda səsləndirdiyi fikirləri təkzib etməlidir. Məhkəmə bu barədə qərarı sentyabrın 20-də çıxarıb.