Gəncədə 48 yaşlı qadın aseton içərək zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, şəhər sakini, 1965-ci il təvəllüdlü Rzayeva Almaz asetondan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə onu vəziyyəti normallaşıb. A. Rzayeva bildirib ki, o, işlədiyi yerdə limonad butulkasında olan asetonu su bilərək içib və zəhərlənib.