Movqe.Az xəbər verir ki, İngiltərədə "Çessington Macəra Dünyası" adlı vəhşi həyat parkına bəbir və buna bənzər heyvan kürkü olan naxışlı paltarla girmək qadağan edilib. Səbəb heyvanların çaşmasıdır. Parkın idarəçiləri son dövrdə heyvan kürklü naxışlı geyimlərlə gələnlərin sayında artım olduğunu və parkdakı heyvanların onlardan qaçmağa çalışdığını hiss etdiklərini bildiriblər. Qadağanın xüsusilə "Zufari" adı verilən safari təcrübəsi üçün etibarlı olduğunu söyləyən rəsmilər, vəhşi heyvanların özlərinə bənzəyən ziyarətçilər görəndə "çaşdıqlarını" söyləyib. Parkda heyvan naxışlı geyimlər geyənləri təsbit etmək üçün xüsusi işçilər təyin ediləcək. İçəri bu cür paltarla qəbul edilənlərə boz dərilər veriləcək.