MTRŞ-dan bədii şuralarla bağlı sərt açıqlama-Özəl

25 Sentyabr 2013 18:00 (UTC+04:00)

"Telekanallarda yaradılan bədii şuralar tam optimallaşmayıb. Buna da müəyyən zaman lazımdır ki, həmin şuralar tədricən formalaşıb öz üzərlərinə düşən vəzifələri  tam yerinə yetirsinlər". Bu sözləri Movqe.az-a eksklüziv açıqlamasında  Milli Televiziya və Radio Şurasına (MTRŞ) məktub göndərilib". MTRŞ-nın sədr müavini Qafar Cəbiyev söyləyib. Q. Cəbiyev bildirib ki, telekanallarda bədii şuralar 2013-cü ildə yaradılsalar da, şuralar uzun illər fəaliyyət göstərəcəklər: " Artıq telekanallarda bədii şuralar fəaliyyətə başlayıblar. Bu şuralara dilçi mütəxəssislər cəlb olunub. Məndə olan məlumata görə, bədii şuralarda Nizami Cəfərov, Nəriman Həsənov, Fəxrəddin Veysəlov kimi dilimizi gözəl bilən, ədəbi dilin normalarını, tələbini anlayan mütəxəssislər təmsil olunur".

Q. Cəbiyev bədii şuralara telekanalların öz nümayəndələrinin daxil edilməsi ilə bağlı ictimai qınaqları yalnış adlandırıb: "Nəticədə nöqsanları telekanalların nümayəndələri qaldıracaq. Ona görə də, onların nümayəndələri də bu şuralarda təmsil olunmalıdırlar. Bizim bədii şuralardan gözləntilərimiz böyükdür. İlk olaraq həmin şuralar çalışmalıdırlar ki, ölkə Prezidentinin sərəncamı ilə yeni təsdiqlənmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın tələblərinə əməl edilsin. Çünki, bədii şuralar ölkə başçısının imzaladığı müvafiq Dövlət Proqramına əsasən yaradılıb". 

Qeyd edək ki, bu il ərzində Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması nəzərdə tutulmuşdu. Bu məsələ ölkə Prezidentinin sərəncamı ilə yeni təsdiqlənmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda öz əksini tapıb.