Movqe.Az xəbər verir ki, Baytar Dr. Franklinin McMillanin pişik və itlərin piylənməsiylə əlaqədar "Journal of Veterinary Behavior" jurnalında nümayiş olunan araşdırması, ev pişiklərinin 25 faizinin, ev itlərinin isə 45 faizinin piylənməylə mübarizə apardığını göstərib. Araşdırmalara görə ev pişik və itləri, yorğunluq və ya stresslə başa çıxmaq üçün daha çox yemək yeyir. Dişi itlər, erkək itlərə görə piylənməyə daha meyllidir. ABŞ-ın Kaliforniya Universitetindən Dr. McMillanə görə heyvanlardakı yemək yemə hissini psixoloji qarışıqlıq, depressiya və yorğunluq kimi vəziyyətlər yaradır. Mütəxəssislər, ev heyvanınızda belə vəziyyət varsa, bir mütəxəssisə müraciət lazım olduğunun vurğulayır.