"Sony Xperia Z2" Apreldə çıxır
25 Sentyabr 2013 18:58 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Mobil dünyada
dedi-qodular kəsilmək bilmir. Sony Xperia Z1 hələ yeni satışa
çıxarılsa da, Xperia Z2-in adı hallanmağa başlayıb. Ağıllı telefon
bazarı sürətlə inkişaf edir.. Bununla birlikdə dedi-qodular da
sürətlə yayılır. Son iddialar isə Sony-lə əlaqədardır. Daha əvvəl
Sony Xperia Z2-ə aid olduğu iddia edilən bir fotoşəkil internetə
sızmış və xüsusiyyətlərinə dair bəzi iddialar gündəmə gəlmişdi.
İndi isə cihazın 2014-cü ilin aprelində bazara çıxarılacağı
deyilir. İşin maraqlı tərəfi isə bu söz-söhbət Yaponiyadakı bəzi
qaynaqlar tərəfindən təsdiqlənib. İddialara görə Xperia Z2-də 5.2
düymlük 506 pp-lik Full HD IGZO və Triluminos ekranı yerləşir. 3 GB
RAM ilə yanaşı 4 nüvəli Snapdragon 800 prosessor, Ksenon flaşlı
20.7 megapiksellik arxa kamera, 3200 mAh batareya və Android 4.4
KitKat əməliyyat sisteminin olacağı iddiaları irəli sürülür.