"Oppo N1" rəsmən tanıdılıb

25 Sentyabr 2013 23:40 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ağıllı telefon bazarının iddialı adlarından Oppo, yeni ağıllı telefon modeli "Oppo N1" i rəsmi olaraq tanıdıb. Çin texnologiya bazarının məşhur şirkətlərindən Oppo, istifadəçisi tərəfindən maraqla gözlənilən yeni kamera mərkəzli modeli "N1" i rəsmi olaraq tanıdıb. Yeni nəsil admiral gəmisində Adreno 320 qrafik prosessoru istifadə edən Oppo, əməliyyat sistemi olaraq isə Android 4.2.2 Jelly Bean ilə istifadəçisinin qarşısına çıxacaq. Bluetooth 4.0, Wi-Fi, NFC kimi əlaqə xüsusiyyətlərini daxili olaraq saxlayan N1, istifadəçilərinə cüt LED flash və 13 Megapiksel həllolma dəqiqliyində kamera performansı təqdim edəcək. Yeni kamera mərkəzli N1-in etiket qiyməti isə 571 dollar civarında olacaq. İlk olaraq Çində satışa təqdim ediləcək N1-in Avropaya nə vaxt gələcəyi isə bilinmir.