Türkiyənin Star TV kanalında yayımlanan "O səs Türkiyə"nin dünən axşamkı buraxılışında Çiğdem Bezci adlı iştirakçı hər kəsi kövrəldib.
Movqe.az-ın 525.az-a istinadən verdiyi xəbərə
görə, həm səsi, həm də danışdığı həyat hekayəsiylə Çiğdem
seyrçiləri və münsifləri təsirləndirib.
Bütün münsifləri- Ebru Gündeş, Hadise, Murat Boz və Gökhan Özoğuza
özünü bəyəndirən yarışmaçı səhnəyə qalxan münsiflərlə bir yerdə
də mahnı ifa edib.