Bakıda gecə 14 yaşlı yeniyetmə özünü asıb

26 Sentyabr 2013 12:52 (UTC+04:00)

Yeniyetmə özünü yaşadığı evdə asıb

Hadisə  Ötən gecə Bakının Suraxanı rayonunda 14 yaşlı yeniyetmə dəhşətli addım atıb. Rayon Prokurorluğundan Ans press-ə verilən məlumata görə, Hövsan qəsəbəsində ünvansız mənzillərin birində yaşayan 1999-cü il təvəllüdlü Şidrin Valeri Ruslanoviç mənzildə özünü asıb. 


Onun meyiti asılmış halda aşkarlanıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının apardıqları araşdırmalar zamanı, hadisənin intihar olduğu müəyyənləşib.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.