Bu gün prezidentliyə namizədlər görüşüb

26 Sentyabr 2013 14:25 (UTC+04:00)

Ümid Partiyasının sədri İqbal Ağazadə və ADP-nin sədri Sərdar Cəlaloğlu ilə bir araya gəldi

Azərbaycan  Bu gün Ümid Partiyasının mərkəzi ofisində Qarabağ blokuna daxil olan Ümid Partiyasının sədri prezidentliyə namizəd İqbal Ağazadə və ADP-nin sədri prezidentliyə namizəd Sərdar Cəlaloğlu görüşüb. 


Ans press-in məlumatına görə, bir saata yaxın davam edən görüşdə müzakirə edilən məsələlər mətbuata açıqlanmayıb.