Mayonezlərin yoxlaması başa çatıb

26 Sentyabr 2013 13:59 (UTC+04:00)
Respublika Gigiyena Epidemiologiya Stansiyası mayonezlərin labarator müayinəsini başa çatdırıb. Mərkəzin Qidalanma bölmısinin rəhbəri İmran Abdullayev Movqe.az-a açıqlamasında bildirib ki, yoxlama zamanı 60-a yaxın mayonez nümunəsi labarator müayinələrə cəlb olunub. Mayonezlər bakterioloji, fiziki, kimyəvi və toksiki göstəricilərinə görə müayinədən keçirilib. Yoxlamalar zamanı heç bir nümunədə nöqsan aşkarlanmayıb. İ. Abdullayev hazırda qənnadı və kremli məhsullarının müayinəsinin davam etdiyini söyləyib. Onun sözlərinə görə, hazırda qənnadı və kremli məhsullardan götürülən 100 nümunə bakterioloji, fiziki, kimyəvi və toksiki göstəricilərinə görə müayinədən keçirilir.