Bu oğlanın alnında burnu bitib - FOTO+VİDEO

26 Sentyabr 2013 15:14 (UTC+04:00)

Çinin cənub-şərqində yerləşən Fujian bölgəsində yaşayan Xiao Li An ağır qəza keçirib.

Li Anın burnundan aldığı ağır zərbə ona baha başa gəlib.

Həkimlər gənc oğlanın burnunun sıradan çıxdığını gördükdə qeyri-adi çıxış yolu tapıb. 22 yaşlı Anın alnına yeni burun toxumaları yerləşdirilib. Toxumalara qığırdaq sümükləri əlavə edildikdən sonra yeni burun yaranıb. Burunun inkişafı tamamlandıqdan sonra Li Anın alnından götürülərək burnunun yerinə qoyulacaq. (azxeber.com)