1774 müəllim rayonlara göndərildi

26 Sentyabr 2013 15:22 (UTC+04:00)

"Respublikanın regionlarında pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, orta ixtisas təhsili müəssisələrində pedaqoji ixtisaslar üzrə kadr hazırlığının dayandırılması nəzərdə tutulmur".

Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə bu və ya digər ixtisas üzrə tələbə qəbulu dövlətin və cəmiyyətin tələbinə müvafiq olaraq müəyyənləşdirilir. Nazirliyin məlumatında saxta diplomlarla bağlı məsələyə də aydınlıq gətirilib. Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən bütün təyinatlar zamanı, o cümlədən müəllimlərin işə qəbulu prosesində təhsil sənədləri ciddi yoxlanılır. Bu zaman dövlət nümunəli olmayan sənədlər aşkar edildikdə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına yönəldilir.  Daha sonra qeyd olunub ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi təhsil sənədlərinin yoxlanması prosesini tam şəffaf şəkildə təşkil edir. Nazirlikdən o da bildirilib ki, cari dərs ilində rayonlara 1174 müəllim göndərilib. Müəllimlərə daha çox ehtiyac Gədəbəy, Lerik, Cəlilabad, Yardımlı rayonlarında olub. Hazırda vakant yerlər tutulanadək müddətli müqavilə bağlamaqla ixtisaslı müəllimlər cəlb edilib.