Prezident yox, nənə olmaq istəyir?

26 Sentyabr 2013 17:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Keçmiş ABŞ Xarici işlər Naziri Hillari Klintonun 2016-ci ildə prezidentliyə namizəd olub olmayacağıyla əlaqədar suala yoldaşı Bill Klinton, "Nənə olmağı daha çox üstün tutar" cavabını verib. Ötən gün CBS kanalında yayımlanan "This Morning" proqramına qatılan Bill Klinton, "Sizcə nəyi seçər, nənə olmağı ya prezident olmağı ?. Yoxsa ikisini də seçər? "sualına" Ondan soruşsanız məncə nənə olmaq istəyər. Lakin mən bu mövzunu etməməyin ən yaxşısı olduğu qənaətinə gəldim. Mənim məqsədim isə baba olmaqdır "deyib. Bill Klinton əvvəllər də qızı Çelsi 2011-ci ilin Yanvar ayında sevgilisi Mark Mezvinskiylə evləndikdən sonra nəvə üçün hazır olduqlarını söyləmişdi.