Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də Azərbaycan, onun tərəqqisi və inkişafı naminə yorulmadan mübarizə aparır

26 Sentyabr 2013 09:45 (UTC+04:00)

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də Azərbaycan, onun tərəqqisi və inkişafı naminə yorulmadan mübarizə aparır.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk bölməsinin sədri, Murmansk vilayəti İctimai Palatasının üzvü, Murmansk vilayətinin Qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının üzvü Afil HÜSEYNOV həmvətənlilərimizI qarşıdakı prezident seçkilərində öz səslərini İlham Əliyevə səs verməyə çagırır.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov ÜAK bildirmişdir ki, ÜAK-ın Murmansk reqional nümayəndəliyin sədri Afil Hüseynov Murmanskda yaşayan azərbaycanlıların prezident seçkilərinə olan münasibətdən ÜAKa danışdı:

- Əziz həmvətənlərimiz!

Bildiyiniz kimi bu ilin oktyabr ayında doğma Azərbaycanımızda növbəti prezident seçkiləri keçiriləcək. Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar kimi biz də bu seçkilərdə fəallıq göstərməli, layiqli namizədə səs verməliyik.

Müstəqil Azərbaycan Respublikası ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə daha da möhkəmlənmiş, ölkəmiz beynəlxalq miqyasda tanınmışdır. 1990-cı illərin əvvəllərində müstəqilliyimiz sual altında qalanda, ölkəmiz parçalanmanın, vətəndaş müharibəsinin astanasında olanda doğma Azərbaycanımızı məhz ulu öndərin qətiyyətli rəhbərlik səriştəsi xilas etdi. Bu, çox da uzun olmayan bir tarixdir və çoxlarımızın yadındadır ki, bir qrup siyasətbazlar özlərini guya xalqın təəssübkeşi kimi göstərmək istəyirdilər. Lakin onlar arasında kök salmış anarxiya, hərc-mərclik, çaşqınlıq açıq-aydın özünü büruzə verdi və nəticədə vətəndaş müharibəsinə real zəmin yarandı. Məhz bu zaman ümummilli lider Heydər Əliyev güclü iradəli siyasi rəhbər kimi xalqı səfərbər edərək milləti xaos və çaşqınlıqdan xilas etdi. Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlaya bildi.

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də Azərbaycan, onun tərəqqisi və inkişafı naminə yorulmadan mübarizə aparır. Elə həmin bu uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası beynəlxalq aləmdə öz müsbət imicini nəinki qoruyub saxlamış, həm də onu daha da inkişaf etdirmişdir.

Fərəhlə qeyd etmək istəyirik ki, cənab İlham Əliyevin prezidentliyə gəlişi ərəfəsində bizim təşkilat da müəyyən rol oynamışdır. Belə ki, hələ 2000-ci ilin yayında Murmansk vilayətinin rəsmi qəzet və saytlarında "Heydər Əliyevin oğlu böyük siyasətdədir" məqaləsi dərc edilmiş, burada gələcək siyasi liderin portret cizgiləri çəkilmişdi. Bir neçə gündən sonra isə Azərbaycanın bütün dövlət qəzetlərinin birinci səhifəsində həmin məqalə dərc edilmişdi. Biz bu gün bu əməlimizlə böyük qürur hissi keçiririk.

Bu gün qardaş Rusiyanın bu ucqar şimal vilayətində 25 mindən çox azərbaycanlı yaşayır ki, onun da əksər hissəsi gənclərdən ibarətdir. Onlar həm Rusiyanın, hə də Azərbaycanın maraqlarını eyni səviyyədə qoruyurlar. Biz ucqar bir diyarda yaşasaq da doğma vətənimizin taleyi həmişə bizi düşündürür. Çünki bacı və qardaşlarımız, qohumlarımız Azərbaycanda yaşayırlar.

Əziz həmvətənlərimiz!

Bu gün inamla və qətiyyətlə bildiririk ki, müstəqil Azərbaycan Respublikasının bundan sonrakı inkişafı da məhz cənab İlham Əliyevlə bağlıdır. Biz yola saldığımız bu bir neçə ildə belə bir qətiyyətə yiyələnmişik. Biz növbəti illərdə də Prezident kürsüsündə məhz cənab İlham Əliyevi görürük. O, Azərbaycan dövlətinin və xalqının möhkəmliyinin, inkişafının, sabahının qarantıdır. Bəzi mühüm məsələlərin, ən başlıcası isə Qarabağ problemininin həlli məhz möhtərəm Prezident İlham Əliyevin əzmi ilə öz həllini tapacaqdır. Biz buna inanırıq.

Əziz həmvətənlərimiz!

Azərbaycanda yaşayan həmyerlilərimiz!

Hörmətli Azərbaycan gəncliyi!

Biz hamılıqla sizi növbəti prezident seçkilərində də Azərbaycan xalqının sevimli oğlu, əməli ilə, özünün dediyi kimi, yer üzündə yaşayan bütün azərbaycanlıların prezidenti olduğunu sübuta yetirmiş cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırırıq. Hamınıza uğurlar arzulayırıq!

Hazırladı:

Əlihüseyn Şükürov.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional şöbəsi.

Murmansk.