Mehriban Xanlarova: “Namiq Qaraçuxurlu ilə bu gün bütün düyünləri çözəcəyik...” - ÖZƏL
27 Sentyabr 2013 12:34 (UTC+04:00)
Əməkdar artist Mehriban Xanlarovanın meyxanaçı Namiq Qaraçuxurlunu
hədələməsi, döydürməsi xəbəri artıq neçə gündü gündəmdən düşmür.
Hətta qalmaqaldan təsirlənən meyxanaçı Namiq Qaraçuxurlunun dünən
xəstəxanaya yerləşdirilməsi barədə də məlumat verilib. Mövqe.az-ın
məlumatına görə, aktrisa Mehriban Xanlarova və meyxanaçı Namiq
Qaraçuxurlu bu gün ATV telekanalında yayımlanan "Ümid var"
verlişində məsələyə aydınlıq gətirəcəklər. Bu barədə Mövqe.az-a
aktrisa özü məlumat verib: " Hələlik heç bir açıqlama vermək
istəmirəm. Ancaq bu gün "Ümid var" verlişində bütün olanlara
aydınlıq gətiriləcək. Səbəblər açıqlanacaq, düyünlər çözüləcək. Mən
və Namiq bu gün "Ümid var" verlişində qonaq kimi iştirak edəcəyik".