Azərbaycanda sümük iliyi nəqlinə hazırlıq gedir
27 Sentyabr 2013 12:47 (UTC+04:00)
Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan səhiyyə nazirinin
müavini Elsəvər Ağayev nazirliyin saytındakı onllayn konfrans
vasitəsilə ünvanlanan suala cavabında deyib.
Nazir müavini bildirib ki, son illər Azərbaycan Respublikasında
orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə
müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan
artır. "2012-ci ildə böyrək köçürülənlərin sayı 41 nəfər, qaraciyər
köçürülənlərin sayı isə 12 nəfər olub. 2013-cü ilin 6 ayı ərzində
isə 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb".