Xalq artisti Alim Qasımov Konya Beynəlxalq Mistik Musiqi Festivalında çıxış edəcək.
Mövqe.az Gün.az saytına istinadən xəbər verir ki, şair Mövlana Cəlaləddin Ruminin 806 illik yubileyinə həsr olunan festivala Azərbaycanla yanaşı, Hindistan, Fransa, Pakistan və başqa ölkələrdən musiqi nümayəndələri qatılıb.
Sevilən xanəndə Alim Qasımovun muğam musiqi çıxışı isə sentyabrın 28-də olacaq.
Festival öz işini sentyabrın 30-da başa vuracaq.