Tanınmış bəstəkardan xaricə köçənlərə ittiham: “Bacarırdınız qalardınız...”-ÖZƏL

27 Sentyabr 2013 13:21 (UTC+04:00)

Tanınmış bəstəkar Aygün Səmədzadə son zamanlar sosial şəbəkənin aktiv istifadəçilərindən birinə çevrilib. Bəstəkarın bu gün yazdığı status qınından çıxıb qınınını bəyənməyənlərə, yəni Azərbaycanı tərk edib, daha yaxşı yaşamaq üçün xaricə üz tutanlara həsr olunub.


Mövqe.az həmin statusu olduğu kimi sizə təqdim edir: "Vətəndən uzaqda yaşayanların çoxu buralara qonaq gələndə özlərini elə aparırlar ki, elə bil köçəndə qalanlara tapşırıq verib köçüblər. Buranı bəyəndik, oranı bəyənmədik, buranı belə tik, belə sök... Orada belədirlər, siz beləsiniz, niyə belə deyil, bizim millət belədi və s.


Bacarırdınız, qalardınız, nə isə eləyərdiniz burada, bura üçün, özünüz üçün... Daha rahat həyat üçün getmisiniz, bəlkə də düz eləmisiniz. İndi də rahat yaşayın, dincəlin, kənardan məsləhət vermək asandır .Çünki hər şey başqadı səs də, su da, duz da, çörək də... Nəfəs də başqadı, həvəs də...".