Movqe.Az xəbər verir ki, Birləşmiş Millətlər tərəfindən dəstəklənən Hökumətlər Arası İqlim Dəyişikliyi Panelindəki (IPCC) elm insanları, iqlim dəyişikliyi mövzusundakı beşinci hesabatını açıqlayıb. Hesabata görə qlobal istiləşmədə bəşəriyyətin payı 95 faizdir. Hesabata görə insanların qlobal istiləşməyə olan təsiri, keçmişə görə daha da artıb. Hesabatı hazırlayan Nobel mükafatlı qrup, son 60 ildə müşahidə edilən qlobal istiləşməyə 95 faiz nisbətində bəşəriyyətin səbəb olduğu qənaətinə gəlib. Halbuki 2007-ci ildə açıqlanan hesabatda bu nisbət 90 faiz idi. Hesabatda, bu əsrdə hava istiliyinin 0,3- 4,8 dərəcə arasında artması nəzərdə tutulur. Beşinci iqlim dəyişikliyi hesabatı, yalnız qlobal istiləşmənin temperatura olan təsirini müəyyənləşdirmir. Həm dədəniz səviyyəsinin 2100-ci ildə 26 -82 santimetr arasında yüksələcəyi təxmin edilir. Qlobal istiləşmə təxminləri arasında ən müsbət olan dörd fikrə görə 2100-ci ildə, 2000-ci ilə görə istiliklərin 1 dərəcə artmış olması nəzərdə tutulur. IPCC-in ən qorxulu təxmini isə istiliklərin bu əsrdə 7,7 dərəcə artmasını nəzərdə tutur.
Hesabatı hazırlayan OPCC qrupunun həmsədri olan Tomas Stoker, iqlim dəyişikliyinin məhdudlaşdırılması üçün istixana qazı tullantılarında əhəmiyyətli və davamlı bir azalma lazım olduğunu söyləyib. İqlim dəyişikliyinin isti hava dalğaları, sellər və quraqlıq riskini artırdığını söyləyən Stoker, "İsti hava dalğalarının daha sıx və daha uzun müddətli ortaya çıxması görünür artacaqdır. İstisnalar olmaqla yanaşı, Dünyamız istiləşdikcə yağış düşən bölgələrdə daha çox yağış, quraq bölgələrdə isə daha çox quraqlıq olmasını gözləyirik "deyə bildirib.
İPCC-in iki min səhifəlik hesabatı 257 elm insanı tərəfindən hazırlanıb. IPCC, 25 illik tarixində bundan əvvəl dörd hesabat da təqdim etmişdi. Bu hesabatların hamısı, istiləşmənin artdığı və iqlim dəyişikliyi riskinin yüksəldiyi istiqamətində xəbərdarlıqlar ehtiva edir. IPCC-in 2100-ci ilin proqnozlarını ehtiva edən bu beşinci hesabatı, hazırki enerji meyllərinin əsasını meydana gətirən kömür, neft və təbii qazın istixana qazı təsirinin kompüter mühitində formalaşdırılmasına əsaslanır.