Ataş Hüseyn “Namiq və Mehriban” qalmaqalından danışdı-ÖZƏL

27 Sentyabr 2013 16:22 (UTC+04:00)

Mehriban Xanlarova və Namiq Qaraçuxurlu arasında olan qalmaqala nəhayət ki, meyxanaçının prodüseri Ataş Hüseyn də münasibət bildirib. Bu barədə Mövqe.az-a açıqlama verən prodüser Ataş Hüseyn bu məsələdən xəbərsiz olduğunu qeyd etsə də bəzi məqamları qeyd edib: " Bildiyiniz kimi Namiq Qaraçuxurlu "Toy gecəsi" adlı serialda baş rola çəkilir. Aktrisa Mehriban Xanlarova da həmin filmə çəkilir. Bildiyimə görə, serial zamanı onlar arasında qızğın mübahisə düşüb. Ola bilər ki, ona görə Mehriban xanım Namiqi hədələsin. Amma Namiqi döymək üçün kimsə gərək mənim meydimin üstündən keçsin. Bu məsələ ilə bağlı mən dəfələrlə Namiq Qaraçuxurlu ilə əlaqə saxlamışam. Ancaq o, telefonlara cavab verməyib. Biz ümumiyyətlə bu söhbət olmamışdan qabaq razılaşmışdıq ki, Namiq çox yorğun olduğu üçün bir müddət dincəlsin. O, özü bu barədə mənə demişdi. Ancaq bu olay olandan sonra onu görməmişəm və danışmamışam. Heç bilmirəm ki, o, hansı xəstəxanada olub. Bu xəbər düzdür yoxsa yalandır. Ancaq Namiqlə bu gün görüşəcəm, tam dəqiq informasiya verəcəm".

Ataş Hüseyn aktrisa Mehriban Xanlarova ilə olan münasibətindən də söz açıb: Bizim münasibətimiz Mehriban Xanlarova ilə əladan da əladır. O da dağlıdır, mən də... İnanmıram ki, çox ciddi nəsə olsun".

"Ola bilərmi ki, bu "Toy gecəsi" serialı üçün qurulan bir piardır" sualına isə Ataş Hüseyn belə cavab verib: "Xeyr inanmıram. İnana bimərəm ki, Namiq belə ucuz piararazı olsun".