Şok intiqam: "Qadın əri yatanda onun cinsi orqanına qaynayan yağ..."

27 Sentyabr 2013 17:26 (UTC+04:00)
Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yaşayan qadın ona xəyanət edən ərindən intiqam alıb.­­

Qisas polisləri belə, şoka salıb.

Ərinin onu aldatdığını və həyat yoldaşının məşuqəsinin də hamilə olduğunu öyrənən qadın əri yatanda onun cinsi orqanına qaynayan yağ töküb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, hadisə Bornova rayonundakı Yunus Emre məhəlləsində baş verib.

33 yaşlı Ç.E. əri, 28 yaşlı F.E. yatdığı zaman ondan intiqam alıb.

Təcili yardımla xəstəxanaya aparılmış F.E. reanimasiya bölməsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin kritik olduğunu deyirlər.

Ç.E. isə həbs olunub.

"Ərim mənə xəyanət edib, üstəlik onun məşuqəsi hamilədir. Biz evdə uşaqlarla yarıac, yarıtox yaşarkən bu şərəfsiz başqa qadınla gizlicə görüşür, uşaqlarımın boğazından kəsdiyi pulları o qadına xərcləyirmiş. Özümü alçaldılmış, təhqir olunmuş hiss etdim və bu əxlaqsızdan qisas aldım", - qadın polisdə verdiyi ifadəsində bildirib.