Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla görüşüb.
Mövqe.az-ın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən veridiyi məlumata görə, görüş zamanı Azərbaycanın 2014-cü ildə Avropa Şurasında sədrliyi ilə əlaqədar məsələlər və təşkilatla Azərbaycan arasında fəaliyyət planı müzakirə edilib.
Nazir E.Məmmədyarov Azərbaycanın təşkilat çərçivəsində fəaliyyəti və təşkilatda gələcək sədrliyi dövründə prioritetləri barədə qarşı tərəfə məlumat verib.