Dünyanın ən dürüst şəhəri..
27 Sentyabr 2013 19:15 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Dünyanın ən məşhur
mədəniyyət jurnalı "Reader'S Digest"in hazırladığı dürüstlük
siyahısında Finlandiyalılar ilk sıranı tutub, Portuqaliyalılar
siyahının ən sonunda yer alıb. Araşdırma üçün 16 ölkənin
paytaxtlarından olan insanların sıx olduğu yerlərə içində ünsiyyət
məlumatları və 50 avro olan 12 ədəd pulqabı buraxılıb.
Finlandiyanın paytaxtı Helsinkidə 12 pulqabıdan 11-i sahiblərinə
təslim edilib. Portuqaliyanın paytaxtı Lissabonda isə
pulqablarından yalnız biri sahibini tapıb. Pulqabını təslim edən
cütlüyün Hollandiyalı olması isə diqqət çəkib.