Marsda su tapılıb

27 Sentyabr 2013 21:42 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, NASA-nın Mars üzrə kəşf robotu Curiositinin Qırmızı Planetin səthində su tapdığı bildirilib. Gələcəkdə Marsı ziyarət edəcək astronavtlar, torpağı istilədərək su əldə edə biləcək. Science jurnalında nümayiş olunan araşdırma nəticələrinə görə, Amerika Aviasiya və Kosmos Dairəsi NASA-nın kəşf robotu Curiosity, Marsın səthində su tapıb. Son kəşfin, gələcəkdəki Mars missiyaları zamanı su problemini həll etməsi ümid edilir. Araşdırmaya görə, Mars səthinin 2 faizində su var.  Nümunələri araşdıran və Marsda su tapıldığı qənaətinə gələn Nyu Yorkdakı Rensselaer Politexnik İnstitutundan Laurie Leş, planetdə bu qədər yüksək nisbətdə su olmasının həyəcan verici olduğunu qeyd edib. Leş, gələcəkdə planetə insan göndərildiyi təqdirdə, yalnız Mars səthindən alınan torpağın bir parça isidilməsi lazım olduğunu və beləcə su əldə edilə biləcəyini söyləyib.  Leş, alınan torpaq nümunələrinin 835 dərəcəyə qədər isidilməsiylə əhəmiyyətli nisbətdə karbon, oksigen, kükürd birləşmələrinin ortaya çıxdığını açıqlayıb.

Daha əvvəl, Marsın yalnız qütb bölgələrində buz halında su olduğu təsbit edilmişdi