Tanınmış teleaparıcının avtomobilini soydular

29 Sentyabr 2013 13:18 (UTC+04:00)
Tanınmış teleaparıcı Vüsalə Tağıyevanın avtomobili naməlum şəxslər tərəfindən soyulub. Aparıcı hadisənin təfərrüatlarını Milli.az-a danışıb."Həmin gün biz səhərə qədər çəkilişdə olmuşuq. Hadisə səhər saat 6:00 radələrində baş verib. Naməlum şəxslər studiyanın qarşısında saxladığım avtomobilə yaxınlaşaraq onun arxa iki şüşəsini sındırıblar. Kosmetik vasitələrimi və pul kisəmi götürüb qaçıblar.
Çölə çıxanda gördük ki, avtomobilin arxa yan şüşələri tamamilə sındırılıb. Polis çağırdıq. Artıq soyğunçular axtarışa veriliblər, ancaq hələ bir nəticə yoxdur. Onu da deyim ki, bu qarət kimlərsə tərəfindən qəsdən törədilməyib. Sadəcə olaraq, dələduzların etdikləri bir işdir. Çünki mənim ən azından heç kimlə düşmənçiliyim yoxdur".