Sabah Azərbaycan sülhməramlılarının növbəti bölməsi Əfqanıstana yola düşəcək

30 Sentyabr 2013 12:11 (UTC+04:00)

Oktyabrın 1-də Azərbaycan sülhməramlı kontingentinin növbəti bölməsi Əfqanıstana yola düşəcək.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan hərbçiləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrin (İSAF) tərkibində 2014-cü ili aprel ayınadək xidmət edəcək.

 

Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir.

 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlıları 2002-ci ilin noyabr ayından Əfqanıstanda İSAF tərkibində xidmət edir. Hazırda Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.