Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.
Movqe.az-a İqtisadi İnkişaf Nazirliyindən verilən xəbərə görə, artıq satış məntəqələrinin ünvanları da dəqiqləşib. Belə ki, paytaxtın 23 nöqtəsində qurbanlıq heyvanların satışı təşkil olunacaq. Qeyd edək ki. bu il Qurban bayramı 15-16 oktyabrda qeyd olunacaq.
Bakıda qurbanlıq heyvanlar aşağıdakı yerlərdə satılacaq:
Sabunçu rayonu:
- Bakıxanov qəsəbəsi, Yaşar Əliyev küçəsi;
- Zabrat qəsəbəsi, Kürdəxanı yolu, Zabrat dairəsi;
Nərimanov rayonu:
- Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısı;
Xətai rayonu:
- Nobel prospekti, "Nargilə" kafesinin qarşısı;
- Gəncə prospekti, "Fərid" şadlıq evinin qarşısı;
Suraxanı rayonu:
- Zığ qəsəbəsi;
- Bülbülə qəsəbəsi
- Əmircan qəsəbəsi ;
- Qaraçuxur qəsəbəsi;
- Hövsan qəsəbəsi;
Səbail rayonu:
- Bibiheybət yolu;
- 20-ci Sahə, ticarət cərgələrinin arxası;
Yasamal rayonu
- Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının qarşısı;
Binəqədi rayonu:
- 8-ci mikrorayon;
- Rəsulzadə qəsəbəsi;
- Biləcəri qəsəbəsi;
- Binəqədi Üçüncü Balıqçılar küçəsi;
Nizami rayonu:
- R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi;
Xəzər rayonu:
- Binə qəsəbəsi;
- Qala qsəbəsi;
- Mərdəkan qəsəbəsi;
Qaradağ rayonu:
- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarın qarşısı;
- Sahil qəsəbəsi, mədəniyyət evinin qarşısı