Azərbaycanda 50-60 mərtəbəli binalar layihələndirilə bilər

30 Sentyabr 2013 16:47 (UTC+04:00)

"Paytaxtda 50-60 mərtəbəli binaların layihələndirilməsi mümkün deyil. Belə hündürmərtəbəli binalar yalnız Bakıdan kənarda inşa edilə bilər".

Bu sözləri Movqe.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib. C. Qocayev bildirib ki, ölkə başçısının müvafiq tapşırığı ilə artıq Bakının mərkəzində hündürmərtəbəli binaların tikintisi qadağan olunub: "Paytxatda tikinti aparılarkən Bakının tarixi memarlıq mühiti qorunmalıdır. Bu vacib şərtdir. Ona görə də, paytaxtda 50-60 mərtəbəli binaların tikintisi layihələndirilə bilməz. Belə binalar paytaxtdan kənarda, Qaradağda və digər rayonların ərazilərində inşa edilə bilər. Əgər iqtisadi və texniki cəhətdən əsaslandırma olsa, paytaxtdan kənarda belə çoxmərtəbəli binaların layihələndirilməsi mümkündür".