Mövqe.az xəbər verir ki, "Eurovision - 2012" mahnı müsabiqəsi ilə bağlı may ayının 21-dən paytaxtın orta məktəblərində bir həftəlik tətil olacaq. Məlumatı Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı verib. Onun sözlərinə görə bu hal məktəblilərin təhlükəsizliyi və mərkəzdə yarana biləcək tıxacların qarşısını almaq məqsədi daşıyır.