GUAM Parlament Assambleyasının (PA) VI plenar iclasının dekabrın 2-3-də Tbilisidə keçirilməsi planlaşdırılır.
Bu barədə bazar ertəsi GUAM Katibliyinin yaydığı xəbərdə deyilir.
İclasda qanunvericilik sahəsində GUAM əməkdaşlığı, həmçinin təşkilatın tərəfdaş ölkələr və digər beynəlxalq qurumlarla əlaqələrinə dair məsələlərin müzakirəsi planlaşdırılır.