Toyuq və yumurta məhsullarının labarator müayinəsinə başlanılacaq
30 Sentyabr 2013 18:40 (UTC+04:00)
Respublika Gigiyena Epidemiologiya Mərkəzi (RGEM)
toyuq və yumurta məhsullarının labarator müayinəsinə başlayacaq.
Mərkəzin Qidalanma bölmısinin rəhbəri İmran Abdullayev Movqe.az-a
açıqlamasında bildirib ki, yoxlamaya oktyabrın 9-dan start
veriləcək: "Toyuq və yumurta məhsulları bakterioloji, fiziki,
kimyəvi və toksiki göstəricilərinə görə müayinədən keçiriləcək.
Yoxlamalar zamanı istehsal və satış obyektlərindən seçmə yolla
nümunələr götürüləcək. Labarator müayinələr oktyabr ayının 27-də
yekunlaşacaq".