“Shokki mokki” autizmdən əziyyət çəkən uşaqlara dəstək olacaq
22 Oktyabr 2013 16:14 (UTC+04:00)
Autizm xəstəliyindən əziyyət çəkən və kəkələyən
uşaqların bərpası ilə peşəkar məşğul olan "Ritm" danışma mərkəzi
"Shokki mokki" markası ilə birgə "Autizm dünyası - autizmə qalib
gəl" adlı konfrans təşkil edib. Movqe.az-ın məlumatına görə, konfransda iştirak edən
doktor Nəcib Cem Kınacı xəstəliyin aradan qaldırılması
istiqamətində müasir təcrübədən bəhs edib. Qətiyyətlə bildirilib
ki, autizm xəstəliyi müalicə olunan xəstəlikdir. "Shokki Mokki"
markası ilə "Ritm" danışma mərkəzi əməkdaşlığın genişlənməsi,
autizm xəstəliyindən əziyyət çəkən və kəkələmə qüsuru olan
uşaqların bərpası üçün əməkdaşlığa qərar veriblər. Daim sosial
layihələri ilə yadda qalan "Shokki Mokki" markası, kəkələmə və
autizm xəstələrinin bərpasında müsbət nəticələr əldə etmiş "Ritm"
danışma mərkəzinin bütün sosial layihələrində birgə
olacaq.