Bakıda Lexus sahibi kiçik qəzanı böyük davaya çevirdi-FOTO

23 Oktyabr 2013 18:08 (UTC+04:00)

Bakıda kiçik yol qəzası böyük davaya səbəb olub. "Lexus" sürücüsü kiçik motosikleti əzdiyi kimi, sürücüsünü də əzməyə çalışıb. 


"Memar Əcəmi" metrostansiyası yaxınlığında baş verən xırda yol-nəqliyyat hadisəsi davaya səbəb olub. Bu dəqiqələrdə Cavad Xan küçəsində "Lexus" markalı minik avtomobili ilə motosiklet toqquşub. Milli.Az-a hadisə yerində olan şahidlərdən birinin verdiyi məlumatına görə, hadisə zamanı ciddi xəsarət alan olmayıb. Ancaq hadisədən qəzəblənən "Lexus"un sürücüsü motosikletin sürücüsünə hücum çəkərək onu döyməyə çalışıb. 


Hadisə yerində olan vətəndaşlar polis çağırıblar. Artıq hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları gəliblər.