Onlayn alış-veriş sahəsində ən böyük yeri tutmaq niyyətindədir
23 May 2012 16:32 (UTC+04:00)
Movqe.Az CNN-nə istinadən bildirir ki,
Çinin 2012-ci ilin sonunda Yaponiyanı, 2013-cü ildə isə isə ABŞ-ı
keçərək dünyanın ən böyük onlayn alış-veriş bazarı olması
gözlənildiyi bildirilib.
Çinin iqtisadiyyat qəzetlərindən biri olan "Maliyyə Gündəliyi"nin
verdiyi məlumata görə, Çin 2013-cü ildə dünyanın ən böyük onlayn
alış-veriş bazarı olacaq.
Çin Milli İqtisadiyyat Strategiyaları Akademiyasının nəşr etdiyi,
"2012-ci ildə Çin Bazarının İnkişafı"na görə, bu il ərzində Çindəki
onlayn alış-veriş bazarı Yaponiyanı geridə buraxacaq.
Akademiyanın direktor müavini Cing Linbo, "Çinin dünyanın ən
böyük onlayn alış-veriş bazarı halına gəlməsi belə bazarlar
içərisində bir çox problemlərlə üzləşməli olacağını" bildirib.
Sektor ekspertləri də, Çindəki onlayn alış-veriş bazarının
"kompleks bir cədvəl sərgilədiyi" fikirini söyləyiblər.