Pultun ixtiraçısı vəfat edib
23 May 2012 17:28 (UTC+04:00)
Televiziya üçün uzaqdan idarəedicini icad edən amerikalı Eugene
Polli 96 yaşında Çikaqo yaxınlarındakı bir xəstəxanada vəfat
edib.
Pollinin 1955-ci ildə icad etdiyi ilk uzaqdan idarəedici
"Flash-Matic" adlanırdı və indiki idarəedicilərə deyil, daha çox da
tapançaya bənzəyirdi. İnsanlara kreslolarından qalxmadan televiziya
izləmə fürsəti verən bu cihaz üçün Polli və yoldaşı Robert Adlerə
1997-ci ildə "Emmy" mükafatı verilib.
Polli, 47 illik peşə həyatında ABŞ-da 18 patent alıb. Avtomobil
radioları mövzusunda da işləri olan Polli bununla bərabər, DVD və
"blue ray"in qabaqcılı sayıla biləcək video disk sahəsində də
yardımlar göstərib.