Məhəmməd Mursinin məhkəməsi təxirə salınıb

4 Noyabr 2013 15:43 (UTC+04:00)

Misirin sabiq prezidenti Məhəmməd Mursinin məhkəməsi təxirə salınıb.


Movqe.az-ın "RİA-Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, eks-prezident və onun təmsil etdiyi "Müsəlman Qardaşları" partiyasının bir neçə yüksək vəzifəli şəxsi ötən ilin dekabr ayında baş verən mitinqlər zamanı aksiya iştirakçılarını qətlə yetirməkdə ittiham olunur.