Məryəm Uzerliyə 1.5 milyon lirəlik təklif
4 Noyabr 2013 20:49 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına isinadən xəbər
verir ki, Almaniyada yaşayan hamilə aktrisaya bir reklam filmi
üçün 1.5 milyon lirəlik təklif gəlib. Keçmiş sevgilisi Can Ateşdən
5 aylıq hamilə olan "Möhtəşəm Yüzyıl"ın Hürrem Sultanı Məryəm
Uzerli, ekranlara bir reklam filmiylə gəlməyə hazırlaşır.
Almaniyanın Berlin şəhərində yaşayan Məryəm Uzerliyə Türkiyədəki
bir uşaq bezi firması reklamında oynaması üçün 1.5 milyon TL təklif
gəlib. Uzerlinin təklifə isti baxdığı, lakin doğuma qədər Türkiyəyə
gəlmək istəmədiyi üçün çəkilişlərin Almaniyada ediləcəyi iddia
edilib.