Sulutəpə ərazisində 1000 evin sökülməsi barədə məhkəmə qərarı var-Eksklüziv
5 Noyabr 2013 18:17 (UTC+04:00)
Binəqədi rayonunda, Sulutəpə ərazisində 1000 evin sökülməsi
barədə məhkəmə qərarı var. Movqe.az-ın xəbərinə görə, bu
sözləri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov söyləyib. X. İsgəndərov deyib ki,məsələn Motodrom
istiqamətində yolun genişləndirilməsi ilə əlaqədar 39 ev
sökülməlidir: "Sənədsiz evlərin qeydiyyata alınması istiqamətində
işlər davam etdirilir. Binəqədi rayonun ərazisinin 51 faizi Dövlət
Neft Şirkətinin payına düşür".