Moskvada qanunsuz miqrant axtarışı başlayıb

6 Noyabr 2013 10:28 (UTC+04:00)

Qeyri-leqal miqrantların aşkara çıxarılması üçün Moskvanın Qərbi Biryulevo rayonunda bütün yaşayış binalarında geniş miqyaslı yoxlamalar aparılır. APA-nın "Moskovskiy Komsomolets" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Qərbi Biryulevo rayonunun rəhbəri Sergey Alekseyenko söyləyib.

 

S. Alekseenko bildirib ki, rayon ərazisində bir neçə qanunsuz sauna da bağlanıb. O, son 3 həftə ərzində hər gün yerli sakinlərlə görüş keçirdiklərini bildirib.