Kongoda M23 üsyanı sona çatdı

6 Noyabr 2013 13:39 (UTC+04:00)

Movqe.Az xəbər verir ki,  Mərkəzi Afrika ölkələrindən Demokratik Konqo Respublikasında təxminən 2 ildir ki, davam edən M23 üsyanı sona çatıb. Ötən həftə ordunun BMT qüvvələrinin dəstəyi ilə icra etdiyi əməliyyatlardan sonra, əvvəl atəşkəs istəyən M23 xadimləri , hökumətin geri addım atmamasını gördükdə ağ bayraq qaldırıb. M23-dən edilən şərhdə , təşkilatın ölkənin şərqində müqaviməti sonlandırdığı və məqsədləri üçün " yalnız siyasi yollara " müraciət edəcəyini bildirib.  Şərhdə, döyüşçülərə silahlarını yerə qoymaq və səfərbərliyi sona çatdırmaq çağırışı edilib. 

M23 nədir?

Tutsi etnik qrupuna aid Kongolu əsgərlərin ordudan ayrılaraq qurduğu M23 təşkilatı , hökumətin 2009-cu ildə edilən razılaşmasının şərtlərini yerinə yetirmədiyi səbəbi ilə 20 ay əvvəl silahlı mübarizə başlatmışdı. Adını üsyançıların hökumətlə müqavilə bağladığı 23 Mart 2009 tarixindən alan təşkilatın qonşu ölkələr Ruanda və Uqanda tərəfindən də dəstəkləndiyi iddia edilirdi. 20 ay ərzində ən az 800 min nəfərin köç etməsinə səbəb olan üsyanın regional bir döyüş çıxarmasından narahatlıq duyulurdu.