Tacikistanda keçirilən prezident seçkilərində indiki dövlət başçısı Emomali Rahmonun qalib gəldiyi açıqlanıb.
"RİA Novosti"-nin yaydığı məlumata görə, Tacikistan Mərkəzi Seçki Komissiyasının sədri Şermuhammad Şoxien səsvermədə seçicilərin 86,6%-nin iştirak etdiyini və E. Rahmonun 83,6% səs topladığını bildirib. Digər 5 namizəd arasında 5%-dən çox səs alan olmayıb.