Azərbaycanda alkoqolizm xəstəliyi cavanlaşır

24 May 2012 16:41 (UTC+04:00)

Alkoqolizm – adətən spirtli içkiyə meyilli olan insanlar bu xəstəlikdən əziyyət çəkirlər. Bu gün Azərbaycanda hazırda 19 765 nəfər alkoqolik var. Və onuda qeyd edək ki, alkoqoldan asılı olanlar daha çox kişilərdir. Alkoqoliklərin arasında 40-59 yaşlı şəxslər üstünlük təşkil edir. Və hal-hazırda Azərbaycandakı alkoqoliklərin 16 033 nəfəri bu yaşda olanlardır.

Lakin alkoqolizm xəstəliyi hər gün cavanlaşır. Bu gün bu xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti 30-39 yaş arasındadır.

Ortaya bir sual çıxır: Niyə Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı çoxalır? Buna səbəb nədir?

Bu suala həkim –terapevt Nəcibə Axundzadə cavab verdi.

Həkimin Movqe.Az-a verdiyi açıqlamaya əsasən, bu xəstəlik cavanlaşır.

"Bu gün gənclərimiz 18-20 yaşlarında alkoqolizm xəstəliyindən əziyyət çəkirlər. Buna səbəbsə, ətraf mühitdir.

İlk növbədə qeyd etmək lazımdır ki, valideyinlər övladlarını düzgün tərbiyyə etmirlər. Onlara alkoqolun nə dərəcədə ziyanlı olduğunu izah etsələr belə, uşaqlara təzyiq böyükdür. Elələri var ki, valideyinlər onlara psixoloji təsir edir deyə, gedib alkoqolik olurlar. Bu bir növ həm valideyindən qisas almaqdır, həmdə öz əsaəblərinə hakim ola bilməməkdir.

Unutmamaq lazımdır ki, alkoqolik valideyindən alkoqolik övlad dünyaya gələcək. Əgər valideyin alkoqoldan istifadə edirsə, gələcəkdə uşaqada mənfi təsir edəcək. Bu gün bizdə elə analarımızda var ki, hamiləlik dövründə alkoqoldan istifadə edir. Bu cür anadan dünyaya gələn övlad necə olacaq?

Azərbaycanda hər gün alkoqoliklərin sayı çoxalır. Ən pisidə odur ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı yalnışdır. Çünki bizim ölkədə xəstə olan, heç vaxt boynuna almaz ki, mən xəstəyəm. Bu səbəbdən də, düzgün statistik bir rəqəm yoxdur", - Nəcibə Axundzadə dedi.

Türkan Nadirqızı

Movqe.Az