Qasırğa vaxtı doğum etdi
12 Noyabr 2013 12:25 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, qasırğanın
yerlə-yeksan etdiyi Tacloban şəhərində gənc bir qadının doğum
etməsi, xalq tərəfindən sevinclə qarşılanıb. Səlahiyyətlilər, 21
yaşındakı Emily Orteganın, qasırğadan ağır ziyan görən Tacloban
Hava limanında bir qız körpəsi dünyaya gətirdiyini açıqlayıb.
Qasırğa başladığı vaxt bir evakuasiya mərkəzində olan gənc qadının
mərkəz dağıldıqda üzərək aerodroma çatdığı və saatlarla bir beton
parçasına yapışaraq sel sularına düşməən xilas olduğu öyrənilib.
Balaca körpəyə "sevinc" mənasını verən Joy adı verilib.