Movqe.Az
BBC-yə istinadən bildirir ki, Misir xalqı Mübarəkin hakimiyyətdən
uzqlaşdırılmasından 15 ay sonra yeni prezidentini seçmək üçün
səsvermə müddətinin ikinci gününü yaşayır.
Başda paytaxt Qahirə olmaq üzrə ölkənin dörd bir tərəfində
seçicilər səs vermək üçün səhər açılan seçki məntəqələrinin
qarşısında gözləyirlər.
50 milyon seçicinin səs verməsi gözlənilən seçkilərdə ciddi
təhlükəsizlik tədbirləri görülüb.
Seçkilərin ilk günündəki iştirakın parlamentin gözlədiyi qədər
yüksək olmadığı bildirilib.
Prezident vəzifəsi üçün yarışan 13 namizəddən 5-i siyasi partiyalar
tərəfindən dəstəkləndiyi halda, 8-i müstəqil olaraq seçkiyə
qatılıb.
Səslərin hesablanması bu axşam başlanacaq.
Seçkilərin birinci turunda namizədlərdən hər hansı biri 50 faizi
keçə bilməsə, ən çox səs yığan iki namizəd arasında iyun ayının 16
və 17-si seçkilərin ikinci turu keçiriləcək.