Son zamanlar özünü məşhur müğənni Alla Puqaçovaya bənzədən Nüşabə Ələsgərli kökəlməkdən heç də qorxmadığını bildirib. Xüsusi dieta saxlamağa ehtiyac duymayan müğənni Mövqe.az-a bu barədə açıqlama verib: " Heç bir dieta saxlamaıram. Sadəcə yeməyimə mütamadi diqqət edirəm. Hal-hazırda 68 kiloyam. Çəkimdən də razıyam. Ümumiyyətlə heç vaxt dieta saxlamıram. sadəcə düzgün qidalanmağa üstünlük verirəm".
İfaçı yenilikləri barədə də Mövqe.az-a danışıb:
" Yeni mahnım artıq hazırdır. "Könlümdən xəbərsiz" adlı mahnımın çox seviləcəyinə əminəm. "Adı yoxdur sevgimizin" adlı albomum da bir il geciksə də işıq üzü görüb. Orada olan "Hədiyyə" mahnıma Nail Naiboğlu klip çəkəcək".