Milli Məclisdə İranın sərhədləri bağlamasından danışılıb
14 Noyabr 2013 18:28 (UTC+04:00)
Milli Məclisdə İranın sərhədləri bağlamasından
danışılıb. Millət vəkili İsmayıl Hacıyev Milli Məclisdə büdcə zərfi
ilə bağlı müzakirələr aparılan zaman İranın sərhədləri bağlaması
nəticəsində Biləsuvar sərhəd keçid məntəqəsində minlərlə insanın
sərhədi keçmək üçün gözlədiyini bildirib:
"Bir həftədir ki, insanlar İran-Naxçıvan
sərhədində gözləyirlər. İran bizim qonşudur. Niyə belə edir başa
düşmək mümkün deyil".
Milli Məclisin sədri Oktay Əsədov millət vəkilinin
səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki, sərhədlərlə bağlı
məsələ araşdırılır.