R. Əliyev respublikanın rayonlarında isə bu mövsüm 177 qazanxananın işə salındığını bildirib. Onun sözlərinə görə, regionlarda 351 yaşayış, 97 məktəb, 31 uşaq bağçası, 48 səhiyyə müəssisəsi və 67 digər sosial obyekt mərkəzləşdirilmiş istilik sistemindən istilik alacaq".
R. Əliyev bildiridi ki, artıq qazanxanalar işə salınıb. İstiliklə təminata başlanılıb.
"Azəriqaz" İstehsalat Birliyindən isə Movqe.az-a tələbat hava şəraitinə uyğun olaraq verilən mavi qazın həcminin artırıldığını bildirdilər. Qurumun mətbuat xidmətinin rəhbəri Araz Ağayev Movqe.az-a bildirib ki, ötən həftə verilən mavi yanacağın həcmi 11,3 milyon kub idisə, bu gün bu rəqəm 12,8 milyon kuba çatdırılıb: "Havanın temperaturu aşağı düşdükcə, qazın həcmi artırılır".