Movqe.Az xəbər verir ki, Myanmarda təhlükəsizlik qüvvələrinin ölkənin şimal-qərbindəki bir mis mədəni yaxınlarında toplanan nümayişçilərə plastik güllə ilə atəş açması nəticəsində 7 nəfərin yaralandığı bildirilib. Nobel mükafatlı müxalif lider Aung San Suu Çiinin demokratiya tərəfdarı partiyasından millət vəkili Khin San Hlaing, Sagain bölgəsindəki Monyva şəhəri yaxınlığındakı mədəndə meydana gələn hadisələrdə 9 polisin də yaralandığını açıqlayıb. Çinli bir firma və Myanmarda ordu rəhbərliyi altındakı bir şirkətin qurduğu müəssisə tərəfindən işlədilən mis mədən, əvvəllər də ətraf mühit, sosial və səhiyyə mövzularında problemlər yaratması səbəbiylə bölgə xalqının etirazlarına səbəb olmuşdu.